“Anım Günü” Tədbiri – Zaqatalada İtkin Şəxslərin Xatirəsi Anıldı

“Anım Günü” Tədbiri – Zaqatalada İtkin Şəxslərin Xatirəsi Anıldı

11.08.2026. “Qarabağ İtkin Ailələri” İctimai Birliyinin Zaqatala və Balakən rayonları şöbəsinin rəhbərii Reyhan Əhmədovanın (itkin həyat yoldaşı) və müavini Yeganə Osmanovanın ( itkin bacısı) təşəbbüsü ilə Zaqatala rayon İcra Hakimiyyətinin tərəfdaşlığı ilə Zaqatala rayonu Heydər Əliyev adına Mərkəzində “30 avqust Beynəlxalq İtkinlər Günü” nə həsr olunmuş “Anım Günü” tədbir keçirildi. Tədbirdə QİAİB-nin sədri K.Behbudova və müavinlər, Reyhan Canıyeva (itkin həyat yoldaşı) və Fəridə Cabbarova (itkin həyat yoldaşı) iştirak etdilər…
Tədbir Zaqatala rayon Şəhidlər qəbristalığını ziyarət etməklə başladı. Qəbristanlıqda İtkin-şəhidlərin xatirəsin əbədiləşdirmək üçün qoyulan abidənin önünə QİAİB-nin Zaqatala və Balakən rayonlarının itkin ailələri adından əklil qoyuldu. Sonra rədbir Heydər Əliyev adına Mərkəzdə davam etdi.Tədbirdə itkin ailə üzvləri, şəhid ailələri, Zaqatala rayon İcra Hakimiyyətinin nümayəndələri, Zaqatala qəzetinin redaksiyasının rəhbəri, Ailə, Qadın və Uşaq Problemləri üzrə Komitənin Zaqatala rayon şöbəsinin rəhbəri, Zaqatala rayon Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin nümayəndəsi, Zaqatala rayon Yeni Azərbaycan Partiyasının rəhbəri, Qarabağ müharibəsi qaziləri və müharibə veteranlarl, Zaqatala rayon Mədəniyyət mərkəzin əməkdaşları, Yuxarı Tala İcra nümayəndəliyinin və bələdiyyəsinin rəhbərləri və digər qonaqlar iştirak etdilər. Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başadı. Sonra Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda canından keçən şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla anıldı, itkin-şəhidlərin xatirəsinə həsr olunmuş video-rolik nümayiş olundu. Tədbir İcra Hakimiyyətinin Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin rəhbərinin çıxışı ilə başladı və itkin nəvəlırinin hazırladığı kompozisiya və şerlərlə davam etdi. İtkin anaları və qonaqlar çıxış etdilər. QİAİB-nin Zaqatala və Balakən rayon şöbəsinin rəhbəri Reyhan Əhmədova tərəfindən itkin nəvələrinə hədiyyələr təqdim olundu. Tədbir Zaqatala rayon Heydər Əliyev adına parkda yerləşən “Akasiya” çay evində təşkil olunan çay süfrəsində davam etdi..

 

11 August 2026. At the initiative of Reyhan Ahmadova, Head of the Zagatala and Balakan District Branch of the Public Union “Karabakh Missing Families” (whose husband is missing), and her deputy Yegana Osmanova (whose sister is missing), a commemorative event dedicated to 30 August – International Day of the Disappeared was held at the Heydar Aliyev Center in Zagatala District, with the partnership of the Zagatala District Executive Authority. The event was attended by K. Behbudova, Chairperson of the Public Union “Karabakh Missing Families,” as well as its deputy chairpersons, Reyhan Janiyeva (whose husband is missing) and Farida Jabbarova (whose husband is missing).

The event began with a visit to the Martyrs’ Cemetery in Zagatala District. A wreath was laid in front of the monument erected to commemorate the missing martyrs, on behalf of the families of missing persons from the Zagatala and Balakan district branches of the Public Union “Karabakh Missing Families.”

The event then continued at the Heydar Aliyev Center. It was attended by family members of missing persons, families of martyrs, representatives of the Zagatala District Executive Authority, the head of the editorial office of the Zagatala newspaper, the head of the Zagatala District branch of the State Committee for Family, Women and Children Affairs, a representative of the Zagatala District State Service for Mobilization and Conscription, the head of the Zagatala District branch of the New Azerbaijan Party, Karabakh war veterans and wounded servicemen, employees of the Zagatala District Culture Center, representatives and heads of the Yuxarı Tala administrative office and municipality, and other guests.

The event began with the national anthem of the Republic of Azerbaijan. This was followed by a one-minute silence in memory of the martyrs who sacrificed their lives for the territorial integrity of the Republic of Azerbaijan. A video dedicated to the memory of the missing martyrs was then shown.

The event continued with a speech by the head of the Department for Organizing Work with Participants of the Patriotic War and Families of Martyrs of the Zagatala District Executive Authority, followed by a performance and poems prepared by the grandchildren of missing persons. Mothers of missing persons and other guests also delivered speeches.

Reyhan Ahmadova, Head of the Zagatala and Balakan District Branch of the Public Union “Karabakh Missing Families,” presented gifts to the grandchildren of missing persons.

The event continued with a tea gathering organized at the “Akasiya” tea house in Heydar Aliyev Park, Zagatala District.

Paylaş:

Oxşar xəbərlər