“İtkinlərin Anım Gunü” tədbiri

“İtkinlərin Anım Gunü” tədbiri

25 oktyabr 2023 cü il Baki şəhəri, “İtkinlərin Anım Gunü” tədbiri keçirildi.Tədbiri Beynəlxalq Qırmzı Xaç Komitəsi və Qarabağ İtkin Ailələri İctimai Birliyi birlikdə təşkil etmişdilər. Tədbirdə Binəqədi,Yasamal,Nərimanov,Qaradağ və Nəsimi rayonlarıdan olan və I ci Qarabağ müharibəsində itkin düşən hələdə taleləri haqqıda heç bir məlumat olmayan 100 ə yaxin İtkin Şəhidlərimizin ailəsinin üzvlərinin iştirak etdilər. İtkin Şəhidlərimizin xatirəsin anmaq və onlarin ailələrinə mənəvi dəstək olduğumuzu bildirmək bizim borcumuzdur. Tədbirdə itkinlərimizin ailələrinin yaşadığı rayonların İcra Hakimiyyətlərinin nümayəndələri, Ailə, Qadın və Uşaq problemləri üzrə Dövlət Komitəsinin əməkdaşı,Şəhid Ailələri İctimai Birliyinin rayonlar üzrə olan nümayəndələri, BQXK nin layihə kordinatoru və əməkdaşları, Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının iştirak edirdilər.

Paylaş:

Oxşar xəbərlər