8 may Şuşa İtkinlərinin Anım Günü

8 may Şuşa İtkinlərinin Anım Günü

8 may 2023 cü ildə Baki şəhəri,1992 ci ildə Şuşa şəhəri uğrunda gedən döyüşlərdə itkin düşən hələdə taleyi haqqında heç bir məlumat olmayan yeddi İtkin Şəhdin, Hüseyinov Ağası Rauf oglu, Məmmədov Vahid Şahvələd oğlu,Abbasov Rafail Sultan oğlu,Əliyev Əbülfət Fərrux oğlu,Əliyev Əlyar Fərrux oğlu,Məmmədov Əhməd Mustafa oğlu və Musayev Əli Həsən oğlu xatirəsini anmaq üçün anım günün tədbiri keçirildi. Tədbir itkin ailələrinin təşəbbüsü, Qarabağ İtkin Ailələri İctimai Birliyinin təşkilati dəstəyi ilə ərsəyə gəldi.Tədbirdə Anım Günün olan itkinlərimizin ailələrinin yaşadığı rayonların İcra Hakimiyyətlərinin nümayəndələri ,Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri İctimai Birliyinin rayonlar üzrə olan nümayəndələri, Müharibə Veteranlari Qadinlarına Dəstək İctimai Birliyinin sədri, Qaqfqaz Müsəlmanları İdarəsinin əməkdaşı, BQXK nin layihə kordinatoru və Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının əməkdaşı və 100 dən şox I ci Qarabağ müharibəsində itkin düşmüş itkinlərimizin ailə üzvləri iştirak edirdilər.

 

Paylaş:

Oxşar xəbərlər