
30 Avqust Beynəlxalq İtkin Düşmüşlər Günü.
Bu gün 2010-cu il dekabrın 21-də Birləşmiş Millətlər Təşkilatının (BMT) Baş Məclisi tərəfindən təsis edilmişdir. Məqsədi: müharibələr, zorakılıqlar, təbii fəlakətlər və ya insan hüquqlarının pozulması nəticəsində itkin düşmüş şəxslərin taleyinə diqqət çəkmək, onların ailələrinin hüquqlarını və üzləşdikləri çətinlikləri ictimaiyyətə çatdırmaqdır.
“Qarabağ İtkin Ailələri” İctimai Birliyi Ermənistanın Azərbaycana hərbi təcavüzü nəticəsində itkin düşən azərbaycalıların ailələri ilə fəaliyyərlər həyata keçirir. İctimai Birlik “İtkin ailələrinin hüquqlarının müdafiəsi, ailələrə mənəvi və sosial dəstək, itkinlərin taleyinin müəyyənləşdirilməsinə dəstək,ictimaiyyətin məlumatlandırılması, layihələr həyata keçirmək, xatirə və anım tədbirləri, 30 avqust Beynəlxalq İtkinlər günü ilə bağlı tədbirlərin keçirilməsi, Beynəlxalq əməkdaşlıq və digər fəaliyyətlər həyata keçirir. İtkin ailələrin haqq səsinin Azərbaycanda və beynəlxalq ictimaiyyətdə eşidilməsinə nail olmaq, İtkin ailələrinin üzvlərinin, xüsusilə qadınların və gənclərin ictimai fəaliyyətə cəlb olunmasına, onların təşəbbüslərinin dəstəklənməsinə və könüllülük fəaliyyətinin inkişafına şərait yaratmaq birliyin əsas fəaliyyət istiqamətləridir.
30 avqust Beynəlxalq İtkin Düşmüşlər Günü-bu gün illərdir cavab gözləyən minlərlə ailənin səsini dünyaya çatdırmaq günüdür. İtkinlik bir insanın yoxluğu ilə bitmir. Bir insan itkin düşəndə onun ailəsinin həyatı da dəyişir. Ana övladının yolunu gözləyir, həyat yoldaşı qapının açılacağına ümid edir, övlad atasının bir gün geri dönəcəyinə inanır. Zaman keçir, amma cavabsız sual dəyişmir: “Bizim doğmamızın taleyi necə olub?” İtkin ailələrinin ən böyük arzusu yalnız bir cavabdır – həqiqəti bilmək.
Qarabağ münaqişəsi nəticəsində itkin düşmüş şəxslərin taleyinin müəyyənləşdirilməsi,işğaldan azad edilmiş ərazilərdə aparılan axtarış və qazıntı işləri ailələr üçün həm yeni ümid, həm də ağır həqiqətlərlə üzləşmək deməkdir.
Təəssüflər olsun ki, beynəlxalq humanitar hüquqdan irəli gələn öhdəliklərini yerinə yetirməyən Ermənistan, kütləvi məzarlıqların dəqiq yerləri barədə məlumatları ölkəmizə təqdim etmir, nəticədə uzun illərdir öz doğmalarından xəbər ala bilməyən itkin ailə üzvləri iztirablar çəkməkdə davam edirlər.
Biz hesab edirik ki, itkin düşmüş hər bir şəxsin taleyi müəyyənləşdirilməlidir, İtkin düşmüş şəxslər problemi təkcə Azərbaycan üçün aktual deyil, qlobal mahiyyətlidir. Bu məsələ ilə daha yaxından məşğul olmaq üçün beynəlxalq təşkilatların da öz səylərini artırması vacibdir…
İtkin ailələri illərlə öz yaxınlarının taleyini öyrənmək, onların xatirəsini yaşatmaq və həqiqətin üzə çıxması üçün gözləyiblər.
Bu gün biz beynəlxalq təşkilatları, hüquq müdafiə qurumlarını və dünya ictimaiyyətini itkin şəxslərin taleyinin müəyyənləşdirilməsi məsələsinə daha həssas yanaşmağa çağırırıq.
Çünki hər bir itkin rəqəm deyil. Hər bir itkinin arxasında bir insan həyatı, bir ailə, bir ana, bir ata, bir övlad və illərlə davam edən bir gözlənti dayanır.
Arzumuz budur ki, heç bir ana övladının taleyini bilmədən yaşamasın, heç bir uşaq atasının məzarının harada olduğunu soruşaraq böyüməsin.
#itkinailələri #BMT #Beynəlxalqhüquq #QİAİB
#BeynəlxalqİtkinlərGünü #30Avqust
#Qarabağİtkinlər #StillWaiting #Unutmadıq
#MissingPersons #MissingFamilies
30 August – International Day of the Disappeared
This day was established by the United Nations (UN) General Assembly on 21 December 2010. Its purpose is to draw attention to the fate of persons who have gone missing as a result of wars, violence, natural disasters, or human rights violations, and to raise public awareness of the rights of their families and the challenges they face.
The Public Union “Karabakh Missing Families” works with the families of Azerbaijanis who went missing as a result of Armenia’s military aggression against Azerbaijan. The Union carries out activities aimed at protecting the rights of missing persons’ families, providing moral and social support to families, supporting efforts to determine the fate of missing persons, raising public awareness, implementing projects, organizing commemorative and memorial events, holding events dedicated to the International Day of the Disappeared on 30 August, developing international cooperation, and carrying out other activities.
One of the Union’s main areas of activity is ensuring that the voices and legitimate demands of missing persons’ families are heard both in Azerbaijan and by the international community; creating opportunities for family members, particularly women and young people, to participate in public activities; supporting their initiatives; and promoting volunteerism.
30 August – International Day of the Disappeared is a day to bring the voices of thousands of families who have been waiting for answers for years to the attention of the world.
A disappearance does not end with the absence of one person. When a person goes missing, the life of their entire family changes. A mother waits for her child to return, a spouse hopes that the door will one day open, and a child believes that their father will come home one day. Time passes, but the unanswered question remains the same:
“What happened to our loved one?”
The greatest wish of the families of missing persons is simply to know the truth.
Determining the fate of persons who went missing as a result of the Karabakh conflict, as well as the ongoing search and excavation efforts in the liberated territories, represent both new hope and the painful possibility of confronting difficult truths for their families.
Unfortunately, Armenia, which has failed to fulfill its obligations under international humanitarian law, has not provided our country with information about the exact locations of mass graves. As a result, family members who have been unable to receive information about their loved ones for many years continue to suffer.
We believe that the fate of every missing person must be determined. The issue of missing persons is not relevant only to Azerbaijan; it is a global issue. It is essential for international organizations to increase their efforts to address this issue more closely.
The families of missing persons have waited for years to learn the fate of their loved ones, preserve their memory, and see the truth brought to light.
Today, we call on international organizations, human rights institutions, and the global community to approach the issue of determining the fate of missing persons with greater sensitivity and attention.
Because every missing person is more than a number. Behind every missing person stands a human life, a family, a mother, a father, a child, and years of waiting.
Our wish is that no mother should have to live without knowing what happened to her child, and no child should have to grow up asking where their father’s grave is.
#MissingFamilies #UN #InternationalLaw #KMFU
#InternationalDayOfTheDisappeared #30August
#KarabakhMissingPersons #StillWaiting #WeRemember
#MissingPersons #MissingFamilies