Tapılmış qalıqları əsasında şəxsiyyəti müəyyən edilmiş Xocalı soyqırımı itkinlərinin bir qrupu bu gün dəfn olunacaq

Tapılmış qalıqları əsasında şəxsiyyəti müəyyən edilmiş Xocalı soyqırımı itkinlərinin bir qrupu bu gün dəfn olunacaq

Xocalıda kütləvi məzarlıqda aşkar edilmiş insan qalıqlarından şəxsiyyəti müəyyən edilmiş 7 nəfər bu gün Xocalıda Şəhidlər
xiyabanında dəfn olunacaq. Onların hamısı 1992-ci il Xocalı soyqırımının qurbanlarıdır. Qalıqların müayinəsi bu şəxslərin amansız üsullarla işgəncə, fiziki zorakılıq və qeyri-insani rəftara məruz qaldıqlarını üzə çıxarıb. Ermənistanın hərbi-siyasi rəhbərliyi Azərbaycan ərazilərini işğal altında saxladığı dövrdə kütləvi məzarlıqları hər vəchlə gizlətməyə çalışıb, bu gün də onların yerləri barədə dəqiq məlumat təqdim etmir. Buna baxmayaraq, Azərbaycan dövləti hər bir itkinin taleyinə aydınlıq gətirilməsi üçün mümkün bütün tədbirləri icra edir. Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası aidiyyəti qurumlarla birgə
azad edilmiş ərazilərdə genişmiqyaslı axtarış, qazıntı və ekskumasiya işlərini davam etdirir.
Bu gün Xocalıda dəfn olunacaq şəxslər aşağıdakılardır:
1. Əliyev Ağaəli Naib oğlu – 01.06.1933;
2. Əliyeva Sürəyya Behbud qızı – 01.06.1933;
3. Səlimov Xəzər Səyavuş oğlu – 01.09.1974;
4. Səlimova Tamilla Ağamirzə qızı – 01.06.1935;
5. Cavadov Əli Müsül oğlu – 15.06.1954;
6. İsmayılov İsmayıl Bəhman oğlu – 01.08.1955;
7. Nəcəfov Şiraslan Qəmiş oğlu – 1952-ci il təvəllüdlü.
Bu gün həmin şəhidlərlə Bərdə şəhərində yerləşən məcburi köçkün şəhərciyində vida mərasimi keçirilib.
Vida mərasimində dövlət qurumlarının təmsilçiləri, ictimaiyyət nümayəndələri, o cümlədən bir sıra QHT rəhbərləri də iştirak edib.

Paylaş:

Oxşar xəbərlər