Kəlbəcər rayonu Yanşaq kəndində Qızılqaya yüksəliyi uğrunda gedən döyüşdə 1994-ci il fevral ayının 10-da itkin düşən Priyev Rəşadətin nəşi 20 may 2026- cı il tarixdə Bərdə rayonu Yeni Daşkənd kəndinə gətirilərək dəfn olunmuşdur. 29 may 2026- ci ildə QİAİB- nin sədri K.Behbudova və itkin-şəhid anası, Bərdə rayonunda yaşayan itkin ailələri ilə birlikdə ziyarət etmişdir. Şəhidin ailə üzvlərinə itkin ailələri və təşkilat adından başsağlığı verildi. Biz Vətən torpaqları uğrunda döyüşərək itkin düşən hər bir itkinin tapılacağına inanırıq və dövlətimizin itkin-şəhidlərin axtarışı ilə bağlı həyata keçirdiyi bütün tədbirlərə dəstəy olmağa hər zaman hazırıq.
Allah şəhidlərimizə rəhmət etsin,ruhları şad olsun ..


