Bosniya və Herseqovina görüşü.

Bosniya və Herseqovina görüşü.

“Qarabağ İtkin Ailələri” İctimai Birliyi

“Qarabağ İtkin Ailələri” İctimai Birliyinin, Qeyri Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi , Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının  tərəfdaşlığı ilə  “İtkinlər Problemi- Təcrübə və Əməkdaşlıq, Bosniya və Hersoqovina Təcübəsi” layihəsi çərçivəsində 5-7 avqust 2026-ci il tarixində                        təşkilatın  sədri Könül Behbudovanın və təşkilatın üzvü Xocalı sakini Hüseynova Samirə Bakir qızının (atası 1992-ci  26 fevralda Xocalı  faciəsi zamanı Xocalı özünümüdafiə batalyonunun zabiti olmuş Hüseynov Bakir Mirsiyab oğlu və eyni zamanda 1992-ci il fevral ayının 25-nən 26-na keçən gecədə nənəsi, babası, iki bibisini və 49 yaxın qohum itkin düşmüş) və təşkilatın könüllü üzvü olan şəhid qohumu Hüseyn Həsənovun (tərcüməçi) iştirakı ilə Bosniya və Hersoqovina şəhərinə səfər etdi. Səfər Sarayevo şəhərində itkin düşmüş şəxslərin axtarışı üzrə fəaliyyət aparan Sarayevo şəhərində yerləşən İtkinlər İnstitutunun dəvəti ilə həyata keçirildi.

Proqram çərçivəsində, Srebrenitsa/Potaçari Xatirə Mərkəzi Kompleksinə ziyarət səfəri həyata keçirildi. Xatirə Kompleksin rəhbəri, itkin qardaşı kompleksin yaranması haqqında məlumat verdi, Srebrenintsa qəsəbəsində soyqırıma məzruz qalan dinc əhalinin faciəli şəkildə qətlə yetirilməsinin təfərrüatları haqqında danışdı. Faciə qurbanlarına hörmət əlaməti olaraq anım mərasimi həyata keçirildi. Kompleksə yaxın məsafədə yerləşən keçmiş Batareya zavodunda yaradılan Xatirə Müzeyi ziyarət edildi. Keçmiş Batareya zavodunda Xatirə Müzeyinin yaradılması haqqında  bələdçi tərfindən geniş məlumat verildi. Müzeydə faciə qurbanlarının xatirəsini yaşatmaq üçün otaqlarda itkin düşmüş insanların illərdir qorunub saxlanılan əşyaları nümayiş etdirilir. Soyqırım qurbanların çox sayda fotoları divar boyu sərgilənirdi,bu fotolar vaxtaşırı yenilənir və hər bir itkinin fotosunun sərgilənməsi təmin olunur. Tapılan kütləvi məzarlıqdan nümunə olaraq saxlanılan böyük torpaq hissəsinin üzərində soyqırıma məruz qalan insanlarlın geyimlərindən qalan parçalar və əşyalar olduğu kimi qorunub saxlanılmışdı. Soyqırım zamanı dinc əhalinin (zavoda sığınıb kömək gözləyən, qadınlar, uşaqlar, qocalar və digər sakinlərin) qorunması üçün qəsəbə sakinləri sona qədər savaşaraq şəhid olmuşdur. Silahlı birləşmələr tərəfindən qətlə yetirilən insanlardan çox az hissəsi meşələrə və dağlara qaçaraq canlarını qurtara bilmişlər.

“Srebrenitsa Anaları” Assosiasiyası ilə heyətimizin görüşü keçirildi, görüş zamanı Srebrenitsa analarının illərdir yaşadığı ağrılar və Srebrenitsada baş verən soyqırımın tanıtmaları üçün verdiyi mücadilələr və fəaliyyətlər müzakirə olundu. Çox böyük təcrübəyə sahib olan, Assosiasiyada birləşən itkin anaları və itkin ailə üzvləri itkinlərin axtarışında institutla sıx əməkdaşlıq edir və dəstək göstərirlər. İnstitut tərəfindən Assosiasiyanın rəhbəri və idarə heyətinin fəaliyyəti üçün xüsusi yer ayrılmış və həyətyanı sahəsi olmaqala mənzil inşa edilmişdir və Assosisiya fəaliyyətini buradan aparır və gələn qonaqlar, nümayəndələr  və ziyarətçilər burada Assosiasiyanın fəaliyyəti ilə tanış olur və itkin anaları və ailə üzvləri ilə görüşürlər. Assosiasiya təmsilçiləri tez-tez xarici ölkələrdən və beynəlxalq təşkilatlardan dəvət alaraq Bosniya və Hersoqovina soyqırım qurbanlarının ailələrini təmsil edirək beynəlxalq konfranslarda və görüşlərdə iştirak edirlər. Assosiasiyanın apardığı fəaliyyətin uğurlu nəticəsi olaraq “Srebrenitsa Çiçəyi” (Srebrenitca Flover/ Cvijet Srebrenice) rəmzi yaradılmışdır. Srebrenitsa soyqırımı qurbanlarının xatirəsini ifadə edən ən tanınmış simvollardan biridir. Assosiasiyanın apardığı fəaliyyətin nəticəsi olaraq 2025-ci ildə “Srebrenitsa Çiçəyi” monumenti BMT-nin Nyu-Yorkdakı qərargahında daim xatirə abidəsi kimi açılıb.

Müzakirələr İtkinlər İnstitunun Srebrenitsa/Potaçari ərazisində təşkil etdiyi nahar  yeməyində davam etdirildi.

Səfərin üçüncü günü  Sarayevo şəhərində İtkin Şəxslər İnstitutunun təşəbbüsü ilə itkin ailələrin təmsil edən Bosniya və Herseqovinada yaşayan itkin ailələrinin təsis etdiyi dərəklərin rəhbərləri ilə  (xorvat, boşyak, serb və digər)  İtkin Şəxslər İnsitutunun direktorunun və məsul şəxslərin moderatorluğu ilə dəyirmi masa keçirildi. Dəyirmi Masada bosniya və Hersoqovinda yaşayan hər bir milləti təmsil edən dərnək rəhbərləri apardıqları fəaliyyətlərdən və itkinlərinin axratışında göstərdikləri təşəbbüslərdən və tapılan itkinlərin dəfn mərasimlərinin həyata keçirilməsində iştirak etmələri haqqında məlumat verdilər.  İtkin ailələrinin üzvləri olan dərnək rəhbərləri Bosniya və Herseqovinanın  başqa şəhərlərindən gəlmiş və yaşadıqları rayon, qəsəbə və kəndlərin itkin ailələrin təmsil edirdilər. Bu dərnəklərin fəaliyyəti itkin ailələrinin bir araya gəlməsi və birgə fəaliyyət aparması baxımında böyük əhəmiyyət daşıyır. Onlar gələcək fəaliyyətlərindən və görəcəkləri işlər barəsində məlumatları bölüşdülər.

QİAİB-nin sədri Könül Behbudova çıxış edərək, Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü nəticəsində Birinci Qarabağ müharibəsində və Vətən müharibəsində itkin düşən Azərbaycan vətəndaşları haqqında məlumatı Dəyirmi Masa iştirakçılarının nəzərinə çatdırdı. Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü zamanı Ermənistan tərəfindən beynəlxalq hüquq normalarının o cümlədən beynəlxalq humanitar hüququn tələbləri kobud şəkildə pozulduğunu müharibə qaydalarına zidd olaraq, mülki əhalinin qorunmadığını, əksinə, onların girov götürülməsi faktının olduğunu və sonra öldürüldüyünu bildirdi. Uzun illərdi əzizlərinin axtarışını davam edən və onlardan xəbər gözləyən ailə üzvləri itkin düşmüş ailə üzvlərinin taleyini bilməməkdən 34 ildən çoxdur əzab çəkir və qeyri-müəyyənlik şəraitində yaşadıqlarını bildirdi. 2020-ci il Vətən müharibəsində ötən 6 il ərzində işğaldan azad edilmiş ərazilərdə 32 kütləvi məzarlığın aşkarlanması dəhşətli mənzərə oldugunu bildirdi, insanların kütləvi halda qətl edilərək qeyri-insani qaydada basdırılması və izlərinin itirilməsi, bütün insani dəyərlərə hörmətsizlik oldugunu qeyd etdi.

Birinci Qarabağ müharibəsində 100-ə yaxın ailənin 2-dən 7-dək üzvü itkin düşüb, onların da heç birinin aqibətinin bilinmədiyini bildirdi.

Vətən müharibəsində əldə edilmiş böyük zəfərdən sonra, Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü nəticəsində itkin düşmüş vətəndaşlarımızın taleyinə aydınlıq gətirilməsi istiqamətində tədbirlər gördüyünü və 6 il ərzində 226 itkinin qalıqlarının eyniləşdirilərək ailələrinə təhvil verildiyini bildirdi. Dövlət Komissiyası ilə itkin ailələri arasında daim görüşlər  keçirildiyini və ailələrin daim dövlət tərəfindən diqqətdə saxlanıldığını və bu görüşlərin itkinlərinin taleyinin tam aydınlaşacağı günə kimi  ümidlərini qoruyacağına kömək etdiyini bildirdi.

Sonra itkin qızı Xocalı sakini Samirə Hseynova Xocalıda yaşanan soyqırım haqqında və atasının Xocalı özünümüdafiə batalyonunun zabiti olaraq qadınların, qızların və uşaqların müdafiəsinə qalxaraq itkin düşdüyünü, nənəsinin, babasının və iki bibisinin itkin düşdüyü haqqında məlumat verdi, ümümilikdə qohumlarında 45 nəfərin itkin düşdüyünü bildirdi. Dinc Xocalı sakinlərinin soyqırıma məruz qaldığını və o zaman onun 12 yaşı olmasına baxmayaraq bunlara şahid olduğunu bildirdi.

Səfərimiz İtkinlər İnstitunun Sarayevo şəhərində təşkil etdiyi nahar yeməyi ilə yekunlaşdı.

Qarabağ İtkin Ailələri İctimai Birliyinin üzvlərinin Bosniya və Herseqovinaya səfəri, “Srebrenitsa Anaları” Assosiasiyası ilə görüşməsi Srebrenitsa kütləvi məzarlığını ziyarət etməsi və gələcəkdə aparacağımız əməkdaşlığın inkişafı və itkin düşmüş şəxslərin taleyinin aydınlaşdırılması sahəsində təcrübə mübadiləsi baxımından mühüm əhəmiyyət daşıyır.

Səfərin məqsədi eyni ağrını yaşayan Bosniya və Hersoqovinada soyqırıma məruz qalan itkin düşmüş insanların axtarışı işinin aparılması işi ilə tanış olmaq, təcrübə mübadiləsi aparmaq və dostluq əlaqələrinin genişləndirilməsidir.

Səfər çərçivəsində nümayəndə heyətimiz Bosniya və Herseqovinanın Sarayevo şəhərinə İtkin Şəxslər İnstitutu ilə tanış oldu, itkinlər haqqında məlumatların toplandığı arxivində aparılan işlər haqqında arxiv rəhbəri məlumat verdi, bu ölkənin müharibədən sonra itkin düşmüş şəxslərin axtarışı, identifikasiyası,məlumat bazalarının yaradılması və ailələrə psixoloji dəstək sahəsində qazandığı təcrübə haqqında fikir mübadiləsi aparıldı. Bu təcrübə ilə tanış olmaq itkin ailələrin təmsil edən təşkilatın itkin düşmüş şəxslərlə bağlı fəaliyyətinə də faydalı töhfələr verəcək.

Bu səfər həm də uzun illər yaxınlarının taleyindən xəbər gözləyən Azərbaycan ailələrinin beynəlxalq ictimaiyyətə ünvanladığı humanitar çağırışın daha geniş auditoriyaya çatdırılması üçün əhəmiyyətli platformadır.

Könül Behbudova

8 Avqust 2026

 

“Karabakh Missing Families” Public Union

Within the framework of the project “The Problem of Missing Persons – Experience and Cooperation, the Experience of Bosnia and Herzegovina,” implemented by the “Karabakh Missing Families” Public Union with the financial support of the Agency for State Support of Non-Governmental Organizations and in partnership with the State Commission of the Republic of Azerbaijan on Prisoners of War, Hostages and Missing Persons, a delegation of the organization visited Bosnia and Herzegovina on 5–7 August 2026. The delegation included the organization’s Chairperson, Konul Behbudova; organization member and Khojaly resident Samira Bakir Huseynova, whose father, Bakir Mirsiyab Huseynov, was an officer of the Khojaly self-defence battalion during the Khojaly tragedy on 26 February 1992, and who also lost her grandmother, grandfather, two aunts and approximately 49 other relatives who went missing during the night of 25–26 February 1992; and volunteer member Huseyn Hasanov, who served as interpreter. The visit was carried out at the invitation of the Missing Persons Institute, based in Sarajevo, which conducts activities related to the search for missing persons.

As part of the programme, the delegation visited the Srebrenica/Potočari Memorial Center Complex. The head of the Memorial Complex, who had lost a brother, provided information about the establishment of the complex and spoke about the details of the tragic killing of civilians who were victims of the genocide in Srebrenica. A memorial ceremony was held in honour of the victims. The Memorial Museum established in the former Battery Factory located near the complex was also visited. The guide provided extensive information about the establishment of the Memorial Museum in the former Battery Factory. Items belonging to missing persons, preserved for many years, are displayed in the museum rooms in order to keep the memory of the victims alive. Numerous photographs of the genocide victims are displayed along the walls; these photographs are periodically updated to ensure that the photograph of each missing person is exhibited. A large section of earth from a discovered mass grave was preserved as an exhibit, with fragments of clothing and personal belongings of people who were subjected to the genocide kept in their original condition. During the genocide, local residents fought until the end and were martyred while attempting to protect civilians — women, children, elderly people and other residents who had taken refuge in the factory and were waiting for help. Only a very small number of those killed by armed formations managed to escape through the forests and mountains.

A meeting was held between our delegation and the Mothers of Srebrenica Association. During the meeting, the pain experienced by the mothers of Srebrenica over many years, as well as their efforts and activities to raise awareness of the Srebrenica genocide, were discussed. The mothers of missing persons and family members of missing persons who are united within the Association have extensive experience and closely cooperate with and support the Institute in the search for missing persons. The Institute has allocated a special premises for the activities of the Association’s chairperson and board, and a residence with a courtyard has been built there. The Association conducts its activities from this location, where visiting guests, representatives and visitors learn about its work and meet mothers and family members of missing persons. Representatives of the Association are frequently invited by foreign countries and international organizations to participate in international conferences and meetings representing families of victims of the genocide in Bosnia and Herzegovina. As a successful result of the Association’s activities, the “Srebrenica Flower” (Cvijet Srebrenice) symbol was created. It is one of the best-known symbols expressing the memory of the victims of the Srebrenica genocide. As a result of the Association’s activities, a “Srebrenica Flower” monument was permanently opened at the United Nations Headquarters in New York in 2025.

Discussions continued over a lunch organized by the Missing Persons Institute in the Srebrenica/Potočari area.

On the third day of the visit, at the initiative of the Missing Persons Institute in Sarajevo, a roundtable discussion was held with the heads of associations established by families of missing persons living in Bosnia and Herzegovina and representing missing families, including Croat, Bosniak, Serb and other communities. The discussion was moderated by the Director and responsible officials of the Missing Persons Institute. At the roundtable, the heads of associations representing different ethnic communities in Bosnia and Herzegovina spoke about their activities, initiatives undertaken in the search for missing persons, and their participation in burial ceremonies for remains that had been found. The heads of these associations, who are themselves family members of missing persons, came from different cities of Bosnia and Herzegovina and represented families of missing persons from their respective districts, towns and villages. The activities of these associations are highly significant in bringing families of missing persons together and enabling them to conduct joint activities. They also shared information about their future activities and planned work.

Speaking at the roundtable, Chairperson of the “Karabakh Missing Families” Public Union Konul Behbudova informed the participants about Azerbaijani citizens who went missing during the First Karabakh War and the Patriotic War as a result of Armenia’s military aggression against Azerbaijan. She stated that during Armenia’s military aggression against Azerbaijan, international legal norms, including the requirements of international humanitarian law, were grossly violated; civilians were not protected in accordance with the rules of war, and there were cases in which they were taken hostage and subsequently killed. She stated that family members who have continued searching for their loved ones for many years and waiting for news about them have been suffering for more than 34 years from not knowing the fate of their missing relatives and have been living in a state of uncertainty. She noted that the discovery of 32 mass graves in the territories liberated from occupation during the six years following the 2020 Patriotic War presents a horrific picture, and that the mass killing of people, their inhumane burial and the destruction of evidence constitute disrespect for all human values.

She stated that during the First Karabakh War, nearly 100 families lost between two and seven members each, and the fate of none of them is known.

She further stated that following the great victory achieved in the Patriotic War, the State Commission of the Republic of Azerbaijan on Prisoners of War, Hostages and Missing Persons has taken measures to clarify the fate of Azerbaijani citizens who went missing as a result of Armenia’s military aggression against Azerbaijan, and that within six years the remains of 226 missing persons had been identified and handed over to their families. She noted that meetings are regularly held between the State Commission and families of missing persons, that the families continue to receive the attention of the state, and that these meetings help them maintain hope until the fate of all missing persons is fully clarified.

Afterwards, Khojaly resident and missing person’s daughter Samira Huseynova spoke about the genocide committed in Khojaly. She stated that her father, as an officer of the Khojaly self-defence battalion, stood up to defend women, girls and children and subsequently went missing. She also stated that her grandmother, grandfather and two aunts went missing, and that a total of 45 of her relatives were missing. She stated that the peaceful residents of Khojaly were subjected to genocide and that, despite being 12 years old at the time, she witnessed these events.

The visit concluded with a lunch organized by the Missing Persons Institute in Sarajevo.

The visit of members of the “Karabakh Missing Families” Public Union to Bosnia and Herzegovina, their meeting with the Mothers of Srebrenica Association, and their visit to the Srebrenica mass grave are of great importance for developing future cooperation and exchanging experience in the field of clarifying the fate of missing persons.

The purpose of the visit was to become familiar with the work carried out in Bosnia and Herzegovina, a country that has experienced similar pain, in searching for people who went missing after being subjected to genocide; to exchange experience; and to expand friendly relations.

During the visit, our delegation became acquainted with the Missing Persons Institute in Sarajevo. The head of the archive provided information about the work carried out in the archive where information about missing persons is collected. An exchange of views was held on the country’s experience in searching for and identifying missing persons after the war, creating databases, and providing psychological support to families. Becoming familiar with this experience will also make a useful contribution to the activities of the organization representing families of missing persons.

The visit also represents an important platform for bringing the humanitarian appeal of Azerbaijani families, who have been waiting for many years to learn the fate of their loved ones, to a wider international audience.

Konul Behbudova

8 August 2026

İtkin Şəxslər İnstutu

Paylaş:

Oxşar xəbərlər